BAKI, 24 iyun. TELEQRAF

İyunun 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 27, Bakıda və Abşeron yarımadasında 20, Naftalan və Zərdabda 18, Mingəçevirdə 16, Yevlax, Şabran və Şəkidə 15 m/s-yə çatır. Dənizdə dalğanın hündürlüyü 2.2 metrdir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 24-ü axşam saatlarından tədricən zəifləyəcək.