BAKI, 24 iyun. TELEQRAF

"İdman istiqaməti üzrə qabiliyyət imtahanlarında hər gün 240 abituriyent imtahan verir".

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı Elşən Rəhimli qabiliyyət imtahanlarını müşahidə etmək üçün təşkil olunan mediatur zamanı deyib.

"İdman istiqaməti üzrə qabiliyyət imtahanları hazırda Bakıda Azərbaycan İdman Akademiyası və Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunur.

İmtahanlarda idman ekspertləri, Gənclər və İdman Nazirliyinin, DİM-in əməkdaşları və könüllülər iştirak edir.

İmtahanlar 4 normativ üzrə götürülür. İmtahan nəticələri imtahanın səhəri gün şəxsi kabinetdə görünür. İmtahandan sonra həmin gün apellyasiyaya müraciət edə bilərlər. Təkrar imtahan üzrə müraciətlərə baxılmır".

O qeyd edib ki, regionlarda imtahan Tovuz, İsmayıllı və Şərur Olimpiya İdman Komplekslərində keçirilir.