BAKI, 20 iyun. TELEQRAF

İyunun 21-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Teleqraf-a Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.