BAKI, 20 iyun. TELEQRAF

Cari ilin 5 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 491 min nəfərə sosial müavinət, 403 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə Teleqraf-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 460 mln. manat, Prezident təqaüdləri üzrə 290 mln. manat ödənilib.

Yanvar-may aylarında 67 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 789 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.