BAKI, 17 iyun. TELEQRAF
Sertifikatlaşdırma imtahanlarında suallar müxtəlif çətinlik səviyyəsindədir.
Teleqraf xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva müəllimlərin sertifikatlaşdırılması prosesi bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, sertifikatlaşdırma imtahanlarında suallar müxtəlif çətinlik səviyyəsində – asan, orta və çətin qruplarda təqdim olunur.
“Suallar təkcə asan deyil. Əlbəttə, çətin suallar da var və bu, qiymətləndirmənin əsasını təşkil edir. Bu üsul müəllimlərin real peşəkar ehtiyaclarını müəyyənləşdirmək üçün tətbiq olunur. Qarşıdakı imtahamlarda da bu prinsipə əməl olunacaq".
Qeyd edək ki, iyunun 18-də riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı fənnlərindən sertifikasiya imtahanıdır.
İyunun 19-da coğrafiya, 24-də biologiya və kimya, 25-də isə fizika və informatika müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək.