BAKI, 15 iyun. TELEQRAF

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın İsrailin İranın Ali Rəhbəri Əli Xamaneini öldürmək planına veto qoyması barədə xəbərləri inkar edib.

Teleqraf xəbər verir ki, bu barədə o, “Fox News”a canlı müsahibəsi zamanı bildirib.

"Baş verməmiş söhbətlər haqqında çoxlu yanlış məlumatlar yayılır. Bu barədə danışmaq istəmirəm", - Baş nazir deyib.

Milli təhlükəsizlik müşaviri Tzaçi Haneqbi də xəbəri təkzib edərək, onu "ən yüksək səviyyəli feyk xəbər" adlandırıb.

***

20:24

ABŞ Prezidenti Donald Tramp İsrailin İranın Ali Rəhbəri Əli Xamaneini öldürmək planına veto qoyub.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.