BAKI, 5 iyun. TELEQRAF

Bakıda və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 7-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.