AĞCABƏDİ, 3 iyun. TELEQRAF
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağcəbədi rayon şöbəsinin sabiq rəhbəri Calal Xəlilov vəfat edib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, o, ömrünün 99-cu ilində haqqın dərgahına qovuşub.
Mərhum 20 ildən çox DSMF-nin Ağcəbədi rayon şöbəsinin rəisi olub. Sovet dövründə bir çox mühüm vəzifələrdə çalışıb.
Qeyd edək ki, Calal Xəlilov 2021-ci ildə - 96 yaşında Azərbaycanda koronavirusa qalib gələn ən yaşlı sakin kimi qeydiyyata düşmüşdü.
