BAKI, 28 may. TELEQRAF

Yaz fəslinin sona çatması ilə birlikdə havada tozcuqların artması və artan bitki örtüyü milyonlarla insana təsir edir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, polen allergiyası olanlar bu günlərdə öskürək, burun axması, asqırma, göz yaşları və nəfəs darlığı yaşayırlar.

Polen (tozcuq) sıxlığı küləkli və günəşli havalarda daha da artır. Səhər saatları allergiya baxımından ən riskli vaxtdır.

"Allergik rinit" və ya xalq arasında “yaz qripi” adlanan bu xəstəlik xüsusilə uşaqlarda və allergiyaya meylli şəxslərdə ciddi həyat keyfiyyəti itkilərinə səbəb olur.

Qeyd edilib ki, Avropa Allergiya və Klinik İmmunologiya Akademiyasının məlumatlarına görə, dünyada hər dörd nəfərdən biri allergik rinitdən əziyyət çəkir. Üstəlik, 2025-ci il ərzində dünya əhalisinin təxminən 50 faizinin allergik xəstəliklərdən təsirlənəcəyi gözlənilir.