BAKI, 22 may. TELEQRAF

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 29-cu iclası keçirilir.

Teleqraf xəbər verir ki, iclas çərçivəsində təşkilata üzv dövlətlərlə bağlı bir neçə məsələ müzakirə ediləcək.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, tədbirdə üzv dövlətlərdə miqrasiya prosesinin vəziyyəti, miqrasiya sahəsində qanunvericiliyə edilən dəyişikliklər, 2025-2026-cı illər üçün tədbirlər planı, şuranın sədrinin seçilməsi, yeni emblemin təsdiq olunması, təcrübə mübadiləsi və ümumi olaraq bu dövlətlərin vətəndaşları arasında miqrasiya məsələlərinin tənzimlənməsi müzakirə ediləcək.

"Azərbaycan 3-cü dəfədir ki, bu təsisatın yığıncağına sədrlik edir. Bugünkü tədbir son ayda 2-ci belə bir tədbirdir. Bu vətəndaşların yerdəyişməsinin asanlaşmasına gətirib çıxaracaq", - o əlavə edib.