​BAKI, 22 may. TELEQRAF

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının geniş tərkibdə iclası keçirilir.

Teleqraf xəbər verir ki, toplantıda QMİ sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Milli Məclisin deputatları, Qazılar Şurasının üzvləri iştirak edirlər.

İclasda İrəvan Qazılığının fəaliyyətinin bərpası məsələsinə baxılır.

Bu gün QMİ-nin İrəvan qazısının təyin olunacağı gözlənilir.

Eyni zamanda, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi müzakirə olunur.

İclasın gündəliyində olan digər məsələ isə Qurban bayramı ilə bağlı fətvanın verilməsidir.