BAKI, 22 may. TELEQRAF

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yerli vaxtla saat 06:37-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,2 olub.

Zəlzələ ocağı 28 kilometr dərinlikdə yerləşib.