BAKI, 20 may. TELEQRAF

Əmək fəaliyyətində yol verdikləri nöqsanlara görə iki direktora töhmət verilib.

Bu barədə Teleqraf-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri 275 nömrəli tam orta məktəbin direktoru Elnur Hüseynova və 278 nömrəli tam orta məktəbin direktoru Sevinc Hüseynovaya Azərbaycanın Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Qeyd olunub ki, gələcəkdə analoji hallara yol verəcəkləri təqdirdə barələrində daha ciddi intizam tənbeh tədbirinin tətbiq ediləcəyi nəzərlərinə çatdırılıb.

Məlumat üçün bildirək ki, Sevinc Heydərova daha əvvəl 227 nömrəli məktəbdə direktor olub. O müddətdə S. Heydərovaya BŞTİ tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, vətəndaş qəbulu qaydalarına uyğun vəzifə funksiyalarını düzgün yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna və müəllim nüfuzuna xələl gətirən hallara yol verdiyinə görə intizam tənbehi kimi töhmət verilib.