BAKI, 15 may. TELEQRAF
2025-ci ildə Azərbaycanda əhalinin sayı artıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
2025-ci ilin yanvar-mart aylarında əhalinin sayı 8253 nəfər və ya 0,1 faiz artaraq aprel ayının 1-i vəziyyətinə 10 milyon 233 min 142 nəfərə çatıb.