BAKI, 14 may. TELEQRAF

Bütün günü oturaq həyat keçirirsinizsə, bu, yuxusuzluğun əsas səbəblərindən birinə çevrilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın əməkdar həkimi Roman Buzunov mətbuata bildirib.

O deyib ki, yuxu pozğunluğuna səbəb olan problemlərdən biri “üç kreslo sindromu”dur: avtomobildə (ictimai nəqliyyatda), işdə və evdə televizor qarşısında oturmaq.

Mütəxəssis izah edib ki, fiziki məşqlər yuxusuzluğa səbəb olan stresslə mübarizənin ən yaxşı yollarından biridir.

Professorun sözlərinə görə, gün ərzində gəzinti, idman və ya ən azı normal fəaliyyət stressi aradan qaldırmağa kömək edir. Ancaq oturaq həyat tərzi keçirib, həftə sonları "yatmaq" ilə vəziyyəti daha da pisləşdirir.

Mütəxəssis əlavə edib: "Müasir böyük şəhərlərdə sakinlərin ən azı 10%-i həftə sonları “bütün həftə” yatır və orta hesabla 4 saat sonra qalxır. Bu nə deməkdir? Əslində, bu, sosial reaktiv gecikmədir (ev şəraitində saat qurşağının dəyişməsi sindromu)".