BAKI, 10 may. TELEQRAF
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Prezident İlham Əliyevin Ağdam rayonuna səfərindən görüntülər paylaşıb.
Teleqraf xəbər verir ki, Mehriban Əliyeva sükan arxasında əyləşən Prezidentin görüntülərini "yolun hər zaman açıq və işıqlı olsun, doğma Azərbaycan" başlığı altında paylaşıb.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən gün Xocalı, Şuşa, bu gün isə Ağdam şəhərinə səfər ediblər.
Yolun hər zaman açıq və işıqlı olsun, doğma Azərbaycan!
— Mehriban Aliyeva (@1VicePresident) May 10, 2025
May your horizons be always wider and brighter, Beloved Azerbaijan!
Пусть твой путь всегда будет открытым и светлым, родной Азербайджан! pic.twitter.com/7ZCSpWRGbS