BAKI, 2 may. TELEQRAF

Ötən il Ombudsmanın Çağrı Mərkəzinə 11 mindən artıq müraciət daxil olub.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat katibi Araz Əsgərli “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forumun panel müzakirələrində deyib.

O bildirib ki, onların içərisində fərdi şikayətlər də mövcuddur.

"Bu şikayətlər əsasında qanunvericiliyə təkliflər hazırlanır. Ötən il 70 belə təklif mövcud idi", - o, qeyd edib.