BAKI, 28 aprel. TELEQRAF
Bu gün saat 15:00-a olan faktiki hava açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Belə ki, Gədəbəy, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Xaltan, Yardımlı, Lerik, Lənkəran və Astarada arabir şimşək çaxır, yağış yağır.
Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 26, Neftçalada 20, Şirvanda 19, Beyləqanda 18, Culfa 17, Şahdağda 16 m/s-yə çatır.
Dənizdə dalğanın hündürlüyü 3.7 m-dir.