BAKI, 24 aprel. TELEQRAF

Sumqayıt Şəhər Məhkəməsində mətbuat üzrə məsul şəxs təyin edilib.

Teleqraf-ın xəbərinə görə, bu Sumqayıt Şəhər Məhkəməsinin hakimi Samir İsmayılovdur.

Qeyd edək ki, bundan əvvəl bu vəzifəni Sumqayıt şəhər Məhkəməsinin hakimi Elmir Hüseynov icra edirdi.

Qeyd edək ki, Samir İsmayılov 2012-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

2014-2018-ci illərdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində hakim köməkçisi işləyuib. 2018-ci ildə Vəkillər Kollegiyasının üzv olub.

2023-cü ildən Sumqayıt Şəhər Məhkəməsinin hakimidir.