BAKI, 11 aprel. TELEQRAF
Bu ilin yanvar-mart ayları ərzində 65 756 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, onlardan 13 273-ü pensiya, 52 483-ü müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.