
BAKI, 27 fevral. TELEQRAF
Bu ilin yanvar ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 857 187 nəfər olub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, onların 455 831 nəfərini aylıq sosial müavinət, 401 356 nəfərini isə təqaüd alanlar təşkil edib.