
BAKI, 19 fevral. TELEQRAF
"İşə qəbul" alt sistemi tibb müəssisələrində rəhbər vəzifə tutan şəxslərə, baş həkim və müavinlərə aid deyil.
Teleqraf xəbər verir ki, bunu Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova tibb işçilərinin mərkəzləşmiş qaydada işə qəbul alt sistemi barədə danışarkən deyib.
Mütəxəssis bildirib ki, digər bütün tibb işçiləri üçün müsahibə keçərlidir.
O həmçinin əlavə edib ki, bu alt sistem səhiyyə sahəsinə daxil olan bütün tibb müəssisələrinə aiddir. Buraya o cümlədən, Naxçıvan Muxtar Respublikası ərazisində olan dövlət tibb müəssisələri də daxildir.
Tibb işçilərinin işə qəbulu “İşə qəbul” alt sistemi Nazirlər Kabinetinin 2024-cü il 18 iyul tarixli 344 nömrəli Qərarı ilə tənzimlənir.