BAKI, 17 fevral. TELEQRAF
Egey dənizində 5 maqnitudalı zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, zəlzələnin episentri yerin 7 kilometr dərinliyində yerləşib.
Zəlzələ yerli vaxtla 10:49-da qeydə alınıb.