
BAKI, 15 fevral. TELEQRAF
“Bakı məktəblərində elektron jurnal test mərhələsindən uğurla keçərsə, sentyabrdan kağız jurnallardan imtina ediləcək”.
Teleqraf xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin idarə rəisi Vüsal Xanlarov “Gənc müəllimlərin IV şəbəkələşmə Forumu"da “Süni intellektin təhsildə tətbiqi” mövzusuna həsr olunan müzakirədə deyib.
O bildirib ki, elektron jurnal müəllimlərin işini asanlaşdıracaq: “Müəllimlərin bəziləri bu fikirlə razılaşmaya bilərlər. Çünki hazırda hər iki formada jurnallar yazılır. Ancaq bu, keçid dövrüdür. Elektron jurnal hər il təkminləşir. Elektron jurnal mobil tətbiqi yaradılacaq. Bu tətbiq oflayn versiyada da işləyəcək”.