.jpg)
BAKI, 15 fevral. TELEQRAF
“Rəqəmsal məktəb” Bakıda yerləşən 324 orta təhsil müəssisəsini əhatə edir.
Teleqraf xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin idarə rəisi Vüsal Xanlarov “Gənc müəllimlərin IV şəbəkələşmə Forumu"da “Süni intellektin təhsildə tətbiqi” mövzusuna həsr olunan müzakirədə deyib.
O bildirib ki, “Rəqəmsal məktəb” böyük maraqla qarşılanıb:
“Hazırda bu, Bakı məktəbləri üçün istifadəyə verilib. Sentyabr ayına qədər test rejmində istifadə olunacaq. Layihə regionlarda da tətbiq olunacaq. Hər bir valideyn öz övladını portaldan qeydiyyatdan keçirə bilər. Qeydiyyat formasında şagirdin pin-kodu və şifrə müəyyən edilir. Şifrəni valideyn təyin edir. Bütün davamiyyət məlumatları valideynlərə əlçatan olacaq”.
FOTO: Elnur Muxtar