BAKI, 14 fevral. TELEQRAF

Ötən il Azərbaycanda bölgələrdə radioyayımına 13,7 milyon vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, son 5 ildə radio stansiyaların sayı 2 dəfə artıb, radiosuz ərazilərdə radio şəbəkəsi genişlənib.

İsmət Səttarovun sözlərinə görə, AVTO FM, Real FM, Baku Retro FM kimi radio stansiyaları əlavə əraziləri əhatə etməkdədir.