“Hövsanda müasir tipli xəstəxananın tikilməsinə ehtiyac var”.
Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Sevinc Fətəliyeva Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Hövsanda əhalinin sayının getdikcə artması səbəbindən müasir tipli xəstəxananın tikilməsinə ehtiyac duyulur: "Eyni zamanda məktəblərdə də sıxılıq yaranıb. Hesab edirəm ki, əlavə korpuslar tikilməlidir".
Deputat Azər Allahverənov isə bildirib ki, Zabratda 192 saylı məktəbdə sıxlıq yaşanır:
"Əlavə korpus tikilməsinə ehtiyac var. Seçicilərlə görüşdə Zabratda parkların, idman meydançalarının olmadığını deyirlər. Baxış keçiriləndə nə Zabrat 1, nə Zabrat 2-də park olmadığı aydın olur. Gənclərin, uşaqların asudə vaxtları keçirmələri üçün belə yerlər salınmalıdır”.