Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Aprel döyüşlərinin ildönümü ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib.

Teleqraf.com xəbər verir ki, paylaşımda deyilir:

"Aprel döyüşlərindən beş il keçir. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Uca Tanrı hər zaman xalqımızı qorusun, doğma Azərbaycanımıza sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!"