“Azərbaycanfilm”in direktoru Cəmil Quliyevin öz ərizəsi ilə işdən çıxması haqqında xəbər yayılıb.
Teleqraf.com məsələ ilə bağlı Cəmil Quliyevlə əlaqə saxlayıb.
O, saytımıza açıqlamasıda deyib: “Hazırda Bakıda deyiləm. Qərar özümündür və bu haqda məlumat vermirəm”.
Qeyd edək ki, bu haqda ilk dəfə epiloq.az saytı məlumat yayıb.
Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə "Azərbaycanfilm"ə rəhbər “Salnamə”nin direktoru Nazim Hüseynov təyin edilib.
Cəmil Quliyev "Azərbaycanfilm" kinostudiyasına 2019-cu idlə direktor təyin olunub. Bundan əvvəl “Mədəniyyət” kanalının baş direktoru (2011-2013), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi (2012), İctimai Televiziyanın baş direktoru (2013-11.5.2018) işləyib.
Əməkdar İncəsənət Xadimi, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni laureatı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.