BAKI, 5 may. TELEQRAF

Azərbaycan hərbi qulluqçularının iştirakı ilə Türkiyədə keçirilən "EFES - 2026" çoxmillətli təliminin hazırlıq məşqləri davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular müxtəlif poliqonlarda artilleriya və minaatan qurğularından atış çalışmalarını praktiki olaraq icra ediblər.

"İcra olunan fəaliyyətlər təmsilçilərimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilir", - məlumatda vurğulanıb.