BAKI, 9 aprel. TELEQRAF
Milli Məclisdə Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Şimali Kipr Türk Cümhuriyyəti-Azərbaycan parlamentlərarası dostluq qruplarının üzvləri ilə görüş keçirilir.
Teleqraf xəbər verir ki, Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin işçi qruplarının birgə görüşündə deputatlar qarşılıqlı münasibətlərə dair fikir mübadiləsi aparırlar.