BAKI, 28 mart. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi öz Azərbaycan hökumətinə və xalqına təşəkkür edib.

Teleqraf xəbər verir ki, bu barədə o, özünün “X” səhifəsində yazıb.

"Göstərdiyi humanitar yardımlara, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə Azərbaycana təşəkkürümü bildirirəm” - Əraqçi qeyd edib.

O, çətin günlərdə nümayiş etdirilən bu dəstəyin İran və Azərbaycan xalqlarının ortaq mədəniyyətindən xəbər verdiyini qeyd edib.

Qeyd edək ki, 18 mart tarixində Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım göndərilib.

İrana ilk humanitar yardım martın 10-da yola salınıb.