BAKI, 9 fevral. TELEQRAF
İl ərzində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 81711 (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1935) bələdiyyə aktı hüquqi ekspertizadan keçirilmiş, nəticədə 79448 (97,2%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin yaz sessiyası üzrə növbəti iclasının gündəliyində bələdiyyələrin fəaliyyəti haqqında illik məruzədə öz əksini tapıb.
Məruzədə qeyd edilib ki, normativ hüquqi aktların tələblərinə zidd olan 1645 (2%) aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib, 618 akt (0,8%) isə növbəti ilə qalıq keçib.
Verilmiş təkliflər əsasında bələdiyyələr tərəfindən 644 (0,79%) akt ləğv edilib, 950 (1,16%) akt dəyişdirilib, 44 (0,05°%) təklif isə növbəti ilə qalıq keçib. Bələdiyyələr tərəfindən təmin olunmayan 7 (0,008%) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb.