BAKI, 10 dekabr. TELEQRAF

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycana gəlib.

Teleqraf xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Mixail Qaluzinlə görüşdüyünü bildirib.

Görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.