BAKI, 3 dekabr. TELEQRAF
Hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarını pozma halları müəyyənləşir.
Teleqraf xəbər verir ki, məsələ Milli Məclisinin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə onlayn iclasında müzakirəyə çıxarılıb..
Layihəyə əsasən qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə, həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onun əmək müqaviləsinə əsassız xitam vermə — iki min manatdan üç min manatadək miqdarda cərimə ilə cəzalandırılır.