BAKI, 10 oktyabr. TELEQRAF
Milli Məclisin deputatı Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasına Baş katibi seçildiyi üçün onun deputat mandatına xitam verilib.
Teleqraf xəbər verir ki, bu barədə parlamentin bugünkü iclasında bəyan olunub.
Ramil Həsən parlamentdə sonuncu dəfə çıxış edib.
Qeyd edək ki, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsən təşkilatın yeni Baş katibi seçilib.
Onun namizədliyi Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova tərəfindən irəli sürülüb və TÜRKPA-ya üzv ölkələrin Parlament Sədrlərinin və millət vəkillərinin yekdil qərarı ilə təsdiqlənib.
Bundan əvvəl TÜRKPA-nın Baş katibi türkiyəli Mehmet Süreyya olub.