BAKI, 11 avqust. TELEQRAF

Azərbaycanla Ermənistan bu Sazişin tam icrasına zəmanət verirlər və hazırkı Sazişin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcəklər.

Teleqraf xəbər verir ki, bu Azərbaycanla Ermənistan arasında paraflanmış Sülh Sazişinin mətnində əksini tapıb.

Bu Komissiya Tərəflər arasında razılaşdırılacaq modallıqlar əsasında fəaliyyət göstərəcək.

Qeyd edək ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.