BAKI, 9 avqust. TELEQRAF

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hindistanlı həmkarı Subramanyam Cayşankar ilə İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Məlumata görə, Hindistanın xarici işlər naziri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstəyini ifadə edib.

Nazirlər ikitərəfli əsasda beynəlxalq tərəfdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını təsdiqləyiblər.