BAKI, 9 avqust. TELEQRAF

Özbəkistan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında əldə olunan mühüm irəliləyişi alqışlayır.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyənat yayıb.

"Bir gün əvvəl Vaşinqtonda tarixi Birgə Bəyannamənin imzalanması Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın lideri Nikol Paşinyanın güclü siyasi iradəsi və qətiyyəti, həmçinin Amerika Birləşmiş Ştatları Prezidentinin fəal sülhməramlı fəaliyyəti sayəsində mümkün olub.

Biz tərəflərin uzun müddətdir davam edən münaqişənin aradan qaldırılmasına yönəlmiş səylərini yüksək qiymətləndiririk. Əminik ki, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin tezliklə bərqərar olması geniş regionun bütün xalqlarının rifahı naminə böyük nəqliyyat və infrastruktur layihələrinin başlanmasına zəmin yaradacaq", - bəyanatda deyilir.