BAKI, 22 may. TELEQRAF
"Qurban kəsmək Məkkənin Mina ərazisində həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub".
Teleqraf xəbər verir ki, bu fikirlər Qafqaz Müsəlmanlar İdarəsinin Qurban bayramı ilə bağlı fətvasında yer alıb.
Fətvada Həccə getməyən ancaq imkanı olan adamların qurban kəsmələri bəyənilmiş sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq - böyük savab sayıldığı qeyd olunur: "Uca Allah müqəddəs Qurani-Kərimdə qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır- "Onların (qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Ona çatan yalnız sizin təqvanızdır...” (Həcc; 37).
Bu ayədəki ilahi hikmətə inanan hər bir kəs Qurban ibadətinin mahiyyətini təhrif etməkdən, bidətçi yanaşmalardan çəkinməlidir".