BAKI, 25 aprel. TELEQRAF

Bakıda yerləşən Türk Ticarət Mərkəzində (TTM) Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Azərbaycan, Türkiyə və Özbəkistana məxsus ticarət pavilyonlarının rəsmi açılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə TTM-nin direktoru Yılmaz Okuklu, Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Qırğızıstanın ölkəmizdəki səfiri Maksat Mamatkanov və digər rəsmi şəxslər iştirak ediblər.