BAKI, 14 aprel. TELEQRAF

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə xorvatiyalı həmkarı Mario Nobilo ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə sosial şəbəkə hesabında paylaşım edib.

“Biz “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, Azərbaycan-Xorvatiya ikitərəfli münasibətləri, eləcə də cari regional hadisələrlə bağlı səmərəli müzakirələr apardıq”,- paylaşımda qeyd olunub.