
BAKI, 19 mart. TELEQRAF
Ermənistan Azərbaycana sülh sazişinin imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edib.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.
“Ermənistan və Azərbaycan “Sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında” saziş layihəsi üzrə razılaşmanı və saziş üzrə danışıqların başa çatdığını rəsmən elan edib. Məntiqlə razılaşdırılmış sənəd imzalanmalıdır və Ermənistan onun imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edir”, - diplomat bildirib.