Türkiyədə informatika müəllimi B.K. 16 yaşlı qız şagirdi A.H-yə qarşı cinsi xarakaterli hərəkətlər etməkdə ittiham olunur.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kayseridə İldirim Bəyazit məhəlləsindəki liseydə baş verib. İddiaya görə, məktəbin informatika müəllimi B.K. 10-cu sinif şagirdi A.H.-ya qarşı seksual xarakterli hərəkətlər edib. Məktəbli qız hadisə barədə məktəb direktoruna və valideynlərinə bildirib. Onlar isə polisə şikayət ediblər. Həbs edilən müəllim barəsində "cinsi istismar" maddəsilə cinayət işi açılıb.

Kayseri 3-cü Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxarılan müəllim B.K ittihamları qəbul etməyib.

"Pəncərələr açıq idi. Təhlükəsizlik kameraları var. Tez-tez kiminsə girib çıxdığı yerdir. Mənim bu hərəkəti etmək ehtimalım belə yoxdur. Bu mənə atılan şərdir. Mən 800-900 TL (428-482 manat) maaş alan biriyəm. Belə bir şərdən sonra məktəbdən də çıxmalı oldum".

Məhkəmədə ifadə verən digər qız şagirdlər də müəllimləri B.K-nın zərərçəkmişə maraq göstərdiyini təsdiqləyiblər. Prokuror isə çıxışında müqəssir müəllim B.K-nın 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Çatışmayan dəlillərin toplanması üçün məhkəmə iclasə fevralın 22-nə qədər təxirə salınıb.

Ramal