Keçmiş futbol ulduzu, yeni stil ikonu Devid Bekhem 2015-ci ilin ən seksual kişisi seçilib.

Teleqraf.com xəbər verir ki, futbolçu "People" dərgisi tərəfindən bu ada layiq görülüb.

4 uşaq atası, 40 yaşlı Bekhem açıqlamasında bu seçimin şərəf olduğunu deyib: "Ancaq heç zaman özümü seksual və cəzbedici insan kimi hiss etmədim".

Dərgi Devid Bekhemi "romantik ər" və "özünü uşaqlarına həsr etmiş ata" kimi təqdim edib.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm