Azərbaycan torpaqlarını işğal etməklə kifayətlənməyən ermənilər mədəniyyəti də mənimsəyirlər. Milli musiqilərimizi, muğamları oğurlayan ermənilər bu dəfə də meyxanaya girişiblər.

Bu dəfə ermənilər Bakının folklor nümunəsi olan meyxananı oğurlayıblar.

Bu barədə sosial şəbəkələrdə video yayılıb. Video erməni şənliklərindən birində çəkilib. Şənlikdə Mailvel Paşayan adlı erməni Rusiya prezidenti Vladimir Putinə həsr olunmuş meyxana deyir. Meyxanada erməni Rusiya başçısına yaltaqlanır.


Teleqraf.com BAKU.WS saytına istinadən həmin görüntüləri təqdim edir: