Türkiyədə 17 yaşlı qız özünü qatarın altına ataraq intihar edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İzmirin dəmiryol stansiyasında baş verib. Psixoloji problemi olan Pelin Ümrem Boyacının daha öncə də intihara cəhd etdiyi məlum olub.

Hadisənin şahidləri təcili yardım və polisə məlumat veriblər. Ağır xəsarət alan qız xəstəxanaya çatdırılsa da, onu xilas etmək olmayıb.

17 yaşlı Pelinin ölümündən əvvəl sosial şəbəkədə "Bu səhv dünyada çox qalmayacağam" statusunu yazıb.

Hadisə ilə bağlı istintaq davam edir:

Rüstəm