Türkiyədə gəlininə təcavüz edən qayınataya hökm oxunub.

Teleqraf.com xəbər verir ki, hadisə 2012-ci ildə Diyarbakırda baş verib. 22 yaşlı E.Ö 55 yaşlı qayınatası C.Ö-nün oğlunu görmək üçün onlara gəldiyini və ona təcavüz etdiyini bildirib. Qadın bununla bağlı polisə şikayıt edib.

Hadisə ilə bağlı istintaq aparılıb. Prokuror C.Ö-nün 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə ifadə verən 55 yaşlı C.Ö. "gəlinim oğulumla yola getmirdi. Buna görə boşanma iddiası qaldırmışdı. Oğlum boşanmadığı üçün mənə şər atdı" deyib.

Məhkəmə C.Ö-nü "Cinsi xarakterli hərəkətlər"inə görə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

Ramal