Parisdə törədilmiş terror hadisəsindən sonra faciənin baş verdiyi məkanın yaxınlığında maraqlı olay yaşanıb.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, bir nəfər pianoçu hadisə yerində Con Lennonun dünyaşöhrətli hiti “İmagine” (“Təsəvvür et”) mahnısını ifa edib. Şahidlərin sözlərinə görə, musiqiçi pianosunu özü həmin yerə gətirərək quraşdırıb və çalmağa başlayıb.
Pianoçunun bu addımı kameralar tərəfindən izlənilib.