Türkiyədə ər ondan ayrılıb atası evinə sığınan xanımını öldürüb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə noyabrın 10-da Kocaelidə baş verib.
Cütlük iki il əvvəl ailələrinin razılığı olmadan evlənib. Həyat yoldaşı 24 yaşlı sürücü Emrah Çakır ilə tez-tez mübahisə edən 20 yaşlı Hazal Çakır 1 yaşlı oğlunu da götürərək atası evinə gedib. Uşaqlarını qayınatası evində qoyan Emrah xanımını evə qaytarıb. Cütlük arasında yenə mübahisə düşüb. Mübahisə əsnasında o, xanımına odlu silahdan atəş açıb. Daha sonra cəsədi meşəyə ataraq qaçıb.
Polis Emrah Çakırı dostu ilə gəzərkən saxlayıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Ramal